IQNA

7:21 - October 03, 2019
Xəbər sayı: 3485906
Qana Müsəlmanlarının Ali Dini Rəhbərinin müavini və müsəlmanlar arasında ikinci nüfuzlu din alimi Şeyx Əhməd Kamaluddin 103 yaşında vəfat etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qana Müsəlmanlarının Ali Dini Rəhbərinin müavini və müsəlmanlar arasında ikinci nüfuzlu din alimi Şeyx Əhməd Kamaluddin 103 yaşında vəfat etdi.

Şeyx Əhməd Kamaluddin Qananın və dünya müsəlmanlarının tanınmış və nüfuzlu şəxsiyyətlərindən biri, keçmiş Qana müsəlmanlarının sabiq baş imamı Şeyx Əbu Bəkr Əhməd Kamaluddinin atası və Qana müsəlmanlarının hazırkı Ali Dini Rəhbəri Şeyx Şərəbtunun uşaqlıq dostu idi.

Alimin vəfatı münasibəti ilə İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əlirza Fəramərzi ölkənin ali dini rəhbərinin evinə gedərək İran İslam Respublikası adından Qana müsəlmanlarına təsliyət deyib.

http://iqna.ir/fa/news/3846578

Ad:
E-poçt:
* Comment:
* captcha: