IQNA

7:03 - October 08, 2019
Xəbər sayı: 3485933
Qətərin "Katara Mədəniyyət Müəssisəsi" bu müəssisənin təşəbbüsü ilə keçiriləcək beynəlxalq Quran yarışlarına qeydiyyata başlayıb. Qeydiyyat 2020-ci ilin Yanvar ayının sonunadək davam edəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Katara Mədəniyyət Müəssisəsi" bu müəssisənin təşəbbüsü ilə keçiriləcək beynəlxalq Quran yarışlarına qeydiyyata başlayıb.

"IV Beynəlxalq Katara Mükafatı Quran Yarışları"na qeydiyyat cari ilin Oktyabr ayının birində başlayıb və 2020-ci ilin Yanvar ayının 31-dək davam edəcək.

Bu yarış  "səslərinizi Quran sədası ilə zinətləndirin" (زینوا القرآن بأصواتکم) şüarı ilə keçirilir. Yarışların hədəfi Qurani-Kərimin qiraətində parlaq istedadları kəşf etmək və dünyaya tanıtdırmqdır.

Yarışların keçirilməsi komitəsi seçim mərhələsində iştirak edənlərin arasından 100 nəfəri Duhedə keçiriləcək ikinci mərhələ üçün seçəcək.

Televiziya vasitəsi ilə seçim mərhələsində iştirak edənlərin arasından da sorakı mərhələ üçün 20 nəfər seçiləcək. Onların da arasından final mərhələsinin beş qalibi elan ediləcək.

Yarışlarda qeydiyyatdan keçmək istəyənlər qeydiyyat formasını yazdıqdan sonra (www.kataraquran.com), öz qiraətlərindən iki videoçarx hazırlamalı və 2020-ci ilin Yanvar ayının 31-dək televiziyaya göndərməlidirlər. Yarışda təkcə yaşı 18-dən az olmayan kişilər iştirak edə bilərlər. Həmçinin 2018-2019-cu illərdə beynəlxalq yarışlarda iştirak edənlər, məscidlərin xətibləri, camaat imamları və dini elm müəllimləri bu yarışlarda iştirak edə bilməzlər.   

Qəsəs surəsinin 5-14 və Nur surəsinin 34-38-ci ayələrini ehtiva edəcək bu videolar 6 dəqiqədən çox olmamalıdır.   

https://iqna.ir/fa/news/3847937

Ad:
E-poçt:
* Comment: