IQNA

22:43 - October 14, 2019
Xəbər sayı: 3485957
"Fiqhi ixtilafların mədəni dəyərlər əsasında idarə edilməsi" mövzusu ilə keçiriləcək bu toplantıda Misrin prezidenti Əbdülfəttah Sisi və İslami Fondlar Naziri Muxtar Cümə iştirak edəcəklər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  Misr V Beynəlxalq "İfta" Toplantısına evsahibliyi edəcək.

Bu toplantı 85 ölkənin iştirakı ilə sabah, həftənin ikinci günü, 15 Oktyabr 2019-cu il, başlayacaq və iki gün davam edəcək.

"Fiqhi ixtilafların mədəni dəyərlər əsasında idarə edilməsi" mövzusu ilə keçiriləcək bu toplantıda Misrin prezidenti Əbdülfəttah Sisi də qatılacaq.

Toplantıda Misrin baş müftisi Şövqi Əllam və Misr İslami Fondlar Naziri Məhəmməd Muxtar Cümə çıxış edəcəklər.  

Fiqhi ixtilafların mədəni çərçivədə həll edilməsi, fiqhi ixtilafların hazırda və gələcəkdə idarə edilməsinin metodologiyası və fətva və texnologiya və İslamofobiyanın fətva verilməsində beynəlxalq təsiri kimi mövzular toplatında müzakirə ediləcəkdir.  

https://iqna.ir/fa/news/3849955

Teqlər: misr ، ifta ، fətva ، iqna
Ad:
E-poçt:
* Comment:
* captcha: