IQNA

22:30 - October 16, 2019
Xəbər sayı: 3485972
Fransada aralarında akademiklər, sənətçiləri, rejissorlar, aktyorlar və jurnalistlərin də olduğu 90 nəfər Prezident Emmanuel Makrona çağırış ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransada aralarında akademiklər, sənətçiləri, rejissorlar, aktyorlar və jurnalistlərin də olduğu 90 nəfər Prezident Emmanuel Makrona çağırış ediblər.
Onlar hicablı müsəlman qadınları təhqir edən sağçı millət vəkili Culyen Odulu qınamasını tələb ediblər.
Makrona ünvanlanan məktubda məşhur aktyor Omar Sy və jurnalist Alan Qreşin də imzaları var.
Məktubda qeyd edilib ki, millət vəkilinin müsəlman qadından hicabını çıxarmasını tələb etməsi bu irqçi hərəkət qəbuledilməzdir:
“Makron hicablı və ya hicabsız müsəlman qadınların cəmiyyətdə yeri olduğunu, onların ayrı-seçkiliyinə məruz qalmaması üçün açıqlama verməsi lazımdır”.
Həmçinin islamafobların müsəlmanlara qarşı nifrəti təbliğat formasına salması da pislənilib.
Teqlər: iqna ، makron ، fransa ، hicab ، islamofobiya
Ad:
E-poçt:
* Comment: