IQNA

6:34 - October 19, 2019
Xəbər sayı: 3485986
İslam Hərəkatı bəyaniyyə yayaraq elan edib ki, bu təşkilatın fəaliyyətlərinə dövlət tərəfindən qadağa qoyulmasına baxmayaraq ölkənin müxtəlif əyalətlərində İmam Hüseynin (ə) ƏRBƏİN mərasimini keçirəcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın İslam Hərəkatı bəyaniyyə yayaraq elan edib ki, bu təşkilatın fəaliyyətlərinə dövlət tərəfindən qadağa qoyulmasına baxmayaraq ölkənin müxtəlif əyalətlərində İmam Hüseynin (ə) ƏRBƏİN mərasimini keçirəcək.

Şeyx İbrahim Yəqub Zəkzakinin rəhbərlik etdiyi bu hərəkat bəyaniyyədə vurğulayıb: ƏRBƏİN mərasimini keçirmək şiələrin dini və məzhəbi hüquqlarından biridir və Nigeriya qanun konsitutsiyası buna zəmanət verir.  

Bəyaniyyədə əlavə edilib: İmam Hüseyni (ə) sevmək təkcə müsəlmanlara aid deyil, onu (ə) tarix boyu ədalət və zülm əleyhinə mübarizə aparan hər kəs sevib.

Nigeriya İslam Hərəkatı bəyaniyyəsində keçən ilin ƏRBƏİN mərasimində bir neçə nəfər əzadarın hərbiçilər və polis tərəfindən öldürülüyünə işarə edərək bu barədə istintaq işinin aparılmaması və cinayətkarların hələ də dövlət tərəfindən cəzalandırılmadığını tənqid edib.

Bəyaniyyənin sonunda dörd il öncə hərəkatın rəhbəri Şeyx İbrahim Zəkzakinin yersiz və əsassız ittihamlarla həbs edilərək həbsxanada saxlanılmasına etiraz edilib və onun azadlığa buraxılmasını tələb olunub.

https://iqna.ir/fa/news/3850814

Ad:
E-poçt:
* Comment: