IQNA

8:45 - October 20, 2019
Xəbər sayı: 3485992
"Qadınların möhtəşəm ƏRBƏİN yürüşündə iştirak etməsi Həzrət Zeynəbin (ə) AŞURA günü və Kərbəla inqilabında göstərdiyi qəhrəmanlıq və rəşadətin cilvəsidir".

İraqın Kərbəla Universitetinin professoru və elmi heyətinin üzvü Seyid Ziya Safi İQNA ilə müsahibəsində qadınların ƏRBƏİN yürüşündə iştirak etməsinin zəruriliyinə işarə edərək dedi: "Qadınların möhtəşəm ƏRBƏİN yürüşündə iştirak etməsi Həzrət Zeynəbin (ə) AŞURA günü və Kərbəla inqilabında göstərdiyi qəhrəmanlıq və rəşadətin cilvəsidir".

O əlavə etdi: ƏRBƏİN yürüşündə yolların izdihamlı olması və bu səfərin qadınlar üçün xüsusi çətinliyinə rəğmən xanımların ƏRBƏİN ziyarətinə qatılması Aşura günü Həzrət Zeynəbin (ə) yaratdığı qəhrəmanlıq dastanını xatırladır.

Kərbəla Universitetinin professoru və elmi heyətinin üzvü vurğuladı: Qadınlar bəşəriyyətin ictimai həyatının ən təsirli və əhəmiyyətli üzvüdür. Bu gün xanımların həyatın müxtəlif sahələrində, o cümlədən dini, elmi, mədəni, iqtisadi və siyasi sahələrdə aktivliyi önəmlidir. Buna görə xanımların ƏRBƏİN yürüşündə iştirakı və İmam Hüseynin (ə) hərəkatının ayaqda saxlanılmasında məsuliyyəti eyni ilə Həzrət Zeynəbin (ə) İmam Hüseyn (ə) inqilabını yaymaq, zalimlər qarşısında dayanmaq və inqilab bayrağını yüksəkdə tutmaq məsuliyyəti kimidir.

Seyid Ziya Safi dedi: ƏRBƏİN yürüşündə kişilərlərlə çiyin-çiyinə hərəkət edən qadınlar şiə xanımların iffət, cihad, mübarizə, elm və şərəf mesajını dünyaya çatdırırlar. Müxtəlif ölkələrdən bu ziyarətə gələn və uzun yolda hicab və iffətini qoruyan xanımlar Qərb dünyasının çirkabında boğulan xanımlara və Qərbdə xanımlara alət kimi baxanlara bu mesajı verirlər: "Müsəlman qadın mübarizə, mədəniyyət, məvəniyyat, elm, iffət, şərəf, əxlaq və maarif simvoludur".

https://iqna.ir/fa/news/3850245

Teqlər: iqna ، ƏRBƏİN ، ziyarət ، elm ، iffət ، ismət ، mədəniyyət ، qadın ، xanım
Ad:
E-poçt:
* Comment: