IQNA

13:35 - October 20, 2019
Xəbər sayı: 3485994
Məlumata görə, #HussainForUnity (Hüseyn bizi bir yerdə toplayır) həştəqi son bir həftədə 312 milyon dəfə izlənilib və sosial şəbəkədə ən çox izlənilən həştəq olub.

Dünən - 19 oktyabrda milyonlarla zəvvarın iştirakı ilə Ərbəin yürüşü baş tutub. Günlər, hətta aylar öncəsindən Ərbəin yürüşü haqqında müxtəlif media orqanlarında neqativ xəbərlər yayılması və boykot edilməsi isə uğursuzluğa düçar oldu. Belə ki, #HussainForUnity həştəqi sosial şəbəkələrdə ən çox izlənilən və paylaşılan həştəq olub.

Maide.Az xəbər verir ki, bu barədə Beynəlxalq "Talk Wolker" şirkətinin hesabatında bildirilib.

Məlumata görə, #HussainForUnity (Hüseyn bizi bir yerdə toplayır) həştəqi son bir həftədə 312 milyon dəfə izlənilib və sosial şəbəkədə ən çox izlənilən həştəq olub.

Qeyd edək ki, 2019-cu il üçün "Ərbəin" yürüşünün şüarı "İmam Hüseyn bizi bir yerdə toplayır" seçilmişdi.

Xatırladaq ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edib.

Ad:
E-poçt:
* Comment: