IQNA

10:47 - October 21, 2019
Xəbər sayı: 3485998
Ölkənin müxtəlif şəhərlərini bürümüş etiraz aksiyalarına təhlükəsizlik qüvvələri və polis müdaxilə edib. Polisin aksiyaçılara hücumu nəticəsində ən azı 4 nəfər həyatını itirib və 50-dən çox insan yaralanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 20 Oktyabr 2019-cu il, Banqladeşdə bir nəfər "hindu" İslam peyğəmbərini (s) təqhdir edib. Bunun ardınca müsəlmanlar ayağa qalxıblar və etiraz aksiyaları keçiriblər.

Ölkənin müxtəlif şəhərlərini bürümüş etiraz aksiyalarına təhlükəsizlik qüvvələri və polis müdaxilə edib. Polisin aksiyaçılara hücumu nəticəsində ən azı 4 nəfər həyatını itirib və 50-dən çox insan yaralanıb.

Banqladeş polisi iddia edib ki, polis nəfərləri özlərini müdafiə etmək məqsədi ilə aksiyaçılara atəş açıb və yaralıların bir neçəsi də polis işçisidir.

Müsəlmanlar "facebook" sosial şəbəkəsində İslam Peyğəmbərini (s) təhqir edən "hindu"nun cəzalandırılmasını tələb ediblər.

Həmin hindu isə həbs edildikdən sonra sosial şəbəkə hesabının haker hücumuna məruz qaldığını və sözü gedən paylaşımdan xəbərsiz olduğunu iddia edib.  

https://iqna.ir/fa/news/3851233

Ad:
E-poçt:
* Comment: