IQNA

8:44 - October 22, 2019
Xəbər sayı: 3486004
Qazaxıstanın Almata şəhərinin Süleyman Dəmirəl universitetinin Komputer mühəndisliyi fakültəsinin tələbəsi Almaz Adilbeg mobil telefonlar üçün Namaz proqramı hazırlayıb və istehsal edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstanın Almata şəhərinin Süleyman Dəmirəl universitetinin Komputer mühəndisliyi fakültəsinin tələbəsi Almaz Adilbeg mobil telefonlar üçün Namaz proqramı hazırlayıb və istehsal edib.

"Səcdə" adlanan bu proqram namaz vaxtlarını elan edir, qibləni göstərir.

Hazırda dünyanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, Fransa və İndoneziyada 850 min nəfər bu proqramdan istifadə edir. İstifadəçilərin səksən faizindən çoxu Qazaxıstan vətəndaşlarıdır.

Qazaxıstanın Almata şəhərinin Süleyman Dəmirəl universitetinin Komputer mühəndisliyi fakültəsinin tələbəsi Almaz Adilbeg bu barədə deyib: Əvvəlcə proqramı öz şəxsi istifadəm üçün hazırlamışdım. Proqramın uğurlu sınağından sonra isə onu hamı ilə bölüşmək qərarına gəldim.  

Qeyd edək ki, Almata şəhərinin "Süleyman Dəmirəl Universiteti" (YCD) xüsusi təhsil ocağıdır. Bu elm ocağı 1996-cı ildə Nursultan Nəzərbəyov və Süleyman Dəmirəlin iştirakı ilə təsis edilib.     

https://iqna.ir/fa/news/3851336

Ad:
E-poçt:
* Comment: