IQNA

18:39 - October 24, 2019
Xəbər sayı: 3486018
İran İslam Respublikasının prezidenti amerikalıların İranı təcrid etmək səylərinə toxunaraq, İranın dünya ölkələri və xalqları arasındakı yerinin günbəgün yüksəldiyini bildirib.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, İran prezidenti Həsən Ruhani cümə axşamı günü Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak etmək üçün Tehrandan Bakıya getməzdən əvvəl amerikalıların təkvektorluluğuna və dünya ölkələrinin işlərinə qarışmalarına toxunaraq əlavə edib: İran İslam Respublikası bölgədə son dərəcə mühüm və nüfuzlu ölkədir və düşmənlərin, xüsusən Amerikanın fitnələri qarşısında öz yoluna davam edir.

Ruhani həmçinin Azərbaycan Respublikasına səfər proqramını şərh edərək, İranın regional və beynəlxalq iclaslarda fəal iştirakının zəruriliyini vurğulayıb.

İran İslam Respublikasının prezidenti Qoşulmama Hərəkatının Azərbaycan Respublikasında keçirilən 18-ci zirvəsinə toxunaraq bildirib: İranın dost və qonşu ölkə olan Azərbaycan Respublikası ilə münasibətləri xüsusi əhəmiyyət kəsb edir.

Ad:
E-poçt:
* Comment: