IQNA

Nadir Quran nüsxələri Satbiz hərracında tarixi əsərlərin önündə durur

8:41 - October 27, 2019
Xəbər sayı: 3486034
Satbizin hərraca çıxardığı qədim incəsənət əsərlərin arasında İslam tarixi və müsəlman incəsənətinə aid olan eksponantlar, xüsusi ilə də Quran nüsxələri satılan əsərlər arasında öndə durur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın Nyu-York şəhərində yerləşən Satbiz (Sotheby`s) hərrac evi hər il İslam mədəniyyəti və tarixinə aid əsərləri satışa çıxardır.

Satbizin hərraca çıxardığı əsərlərin arasında İslam tarixi və müsəlman incəsənətinə aid olan eksponantlar, xüsusi ilə də Quran nüsxələri satılan əsərlər arasında öndə durur.

Oktyabr ayının 23-də (2019) keçirilən hərracda Qurani-Kərimin müxtəlif nadir nüsxələri satışa çıxarılıb.  Bu nüsəxələr "Məcmuətuş-Şakirin" eksponantları qrupunda yer alıb. Bu qrupda 50 il araşdırmada sonra toplanmış 94 nadir əlyazma nüsxə nümayiş edilir.

Bu məcmuədə yer alan Quran nüsxələrindən biri də Səfəvilər dövründə, 16-cı əsrin ortalarında yazılmış Quran nüsxəsidir. Bu nüsxə 1940-cı ildə İranın incəsənət əsərlərindən biri kimi sərgiyə çıxarılıb.

Digər bir Quran nüsxəsi isə 1854-cü ildə xəttat Əhməd İlhaminin kitabət etdiyi və haşiyələri bəzədilmiş Quran nüsxəsidir. Bu nüsxənin ilk səhifələri Osmanlı dövrünün Rukuku səbki ilə bəzədilmişdir.

Bundan əlavə burada Məhəmməd Rəşid Hafizin kitabət etdiyi Quran nüsxəsi, Əhməd Fuadın "Dəlailul-Xəyrat" kitabının əlyazma nüsxəsi (Məkkə və Mədinənin qədim şəkilləri), Kəmaluddin Məhəmməd Musa Zamirinin 1031-ci hicri-qəməri tarixində (1621) kitabət etdiyi "əl-Heyvan fil-Quran" kitabının nüsxəsi, Mavi rəngli məchul Quran nüsxəsi, 7-ci əsrə aid çox qədim Quran nüsxəsi, Nəcibuddin Səmərqəndinin 12-ci əsrdə gigiyena və qida tibbi barədə kitabət etdiyi "əl-Əsbab vəl-əlamat" kitabının nüsxəsi və həmçinin digər incəsənət əsərləri hərraca çıxarlıb.         

Qeyd edək ki, Satbiz hərrac evi çox milliyyətlidir. Hazırda əsas qərargahı Amerikanın Nyu-York yerləşən bu hərrac evi 1744-cü ilin Mart ayının 11-də şəhərində Londonda təsis edilib. Dünyanın bir çox ölkə və şəhərlərindən (Nyu-York, Paris, London, Honq Konq) olan varlıların, birgə təsis etdiyi hərrac evi şəriklərdən biri olan Jon Sothebyin adı ilə məşhurlaşıb.

https://iqna.ir/fa/news/3849963

نسخه‌های خطی نادر قرآن در صدر آثار تاریخی در حراجی «ساتبیز»

نسخه‌های خطی نادر قرآن در صدر آثار تاریخی در حراجی «ساتبیز»

نسخه‌های خطی نادر قرآن در صدر آثار تاریخی در حراجی «ساتبیز»

نسخه‌های خطی نادر قرآن در صدر آثار تاریخی در حراجی «ساتبیز»

نسخه‌های خطی نادر قرآن در صدر آثار تاریخی در حراجی «ساتبیز»

 

captcha