IQNA

9:44 - October 28, 2019
Xəbər sayı: 3486040
İndoneziyada Dini İşlər Nazirinin iştirakı ilə keçirilən rəsmi mərasimdə bu ölkənin Quran fəallarına "Quran xidmətçisi" nişanı və "Quran mükafatı" hədiyyəsi verilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyada Dini İşlər Nazirinin iştirakı ilə keçirilən rəsmi mərasimdə bu ölkənin Quran fəallarına "Quran xidmətçisi" nişanı və "Quran mükafatı" hədiyyəsi verilib.

İran İslam Respublikasının İndoneziyadakı Mədəniyyət Əlaqələri İdarəsinin məlumatına görə, İndoneziyanın Dini İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Müshəfin Təshih Edilməsi Komitəsi" Quran mədəniyyətinin genişləndirilməsi hədəfi ilə bu mükafatı Qurana xidmət sahəsində fəal mərkəzlərə və aktiv şəxslərə verib.

Bu mükafatı alanlar Qurani həyat tərzinin cəmiyyətdə yayılması, Quran mədəniyyəti və məfhumlarının insanlara təlim edilməsində Dini İşlər Nazirliyinə dəstək olub və kömək ediblər.  

İndoneziyanın Dini İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "Müshəfin Təshih Edilməsi Komitəsi" rəisi Müxlis Hənəfi deyib: Quran mədəniyyətin yayılması və cəmiyyətdə Quran göstərişlərinə əməl edilməsi hədəfi ilə Quran sahəsində aktiv olan şəxs və mərkəzlərin mükafatlandırılması proqramı davam edəcək.

https://iqna.ir/fa/news/3852623

Ad:
E-poçt:
* Comment:
* captcha: