IQNA

İraq iğtişaşları Kərbəlaya da çatdı

22:13 - October 30, 2019
Xəbər sayı: 3486055
Kərbəla şəhərinin əhalisi dövlətdə və ölkədə baş verən fəsadın əleyhinə mübarizə üçün və dövlətdə islahatların aparılması tələbi ilə aksiya keçirdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə,  bu gün, həftənin üçüncü günü, 30 Oktyabr 2019-cu il, Kərbəla şəhərinin əhalisi dövlətdə və ölkədə baş verən fəsadın əleyhinə mübarizə üçün və dövlətdə islahatların aparılması tələbi ilə aksiya keçirdilər.

Xəbər qaynaqları Kərbəlada keçirilən aksiyalarda ölən və yaralananların olduğunu desələr də İraq dövləti və təhlükəsizlik qüvvələri bunu təkzib ediblər.  

Bu aksiyalar eyni vaxtda Bağdanın "ət-Təhrir" meydanında da keçirilib.

Dövlətin vətəndaşlara sosial xidmətlərin göstərməsində zəifliyinə etiraz və karrupsiyaya son qoyulması tələbi ilə keçirilən aksiyalar İraqın Meysan, Samava, Nasiriyyə, Bəsrə, Diyalə və Ziqar şəhərlərində davam edib.

Ziqar şəhərində keçirilən aksiyalar zamanı parlament nümayəndəsi Nasir Türkinin evi yandırılıb.

https://iqna.ir/fa/news/3853544/

Teqlər: İraq ، iğtişaş ، kərbəla ، ziqar ، bağdad
captcha