IQNA

22:17 - October 30, 2019
Xəbər sayı: 3486056
Ayətullah Xamenei: “Düşmənlərin bir ölkə vura biləcəyi  ən böyük zərbə  budur ki, həmin ölkənin sabitliyini əlindən alsınlar. Bu gün  bu işi bəzi bölgə ölkələrində  başladıblar və sabitliyi pozurlar.”  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İraq və Livan hadisələrinə münasibət bildirib.

“Düşmənlərin bir ölkə vura biləcəyi  ən böyük zərbə  budur ki, həmin ölkənin sabitliyini əlindən alsınlar. Bu gün  bu işi bəzi bölgə ölkələrində  başladıblar və sabitliyi pozurlar.”  

Bunu bu gün  İran Silahlı Qüvvələrinin  Hərbi Təlim Mərkəzində çıxışı zamanı Ali Rəhbər Ayətullah Xamenei  İraq və Livanda baş verən hadisələrə münasibət bildirərkən deyib. 
 
O deyib ki,  dünyada  hamıdan çox ABŞ və  Qərb ölkələrinin xüsusi xidmət orqanları bölgənin yolunu azmış  bəzi ölkələrinin maliyə dəstəyi ilə  gərginliklər yaradırlar. 
 
 “Bu  bir xalqın əleyhinə edilmiş ən pis və qorxulu  düşmənçilikdir. İraq və Livana can yandıranlara  tövsiyə edirəm proritet olaraq  sabitliyi təmin etsinlər. Ölkə xalqlarının tələbləri haqdır. Lakin bilsinlər ki,  tələblər  qanun çərçivəsində  yerinə yetirilməlidir.  Bir ölkədə qanun  strutkturu  dağılarsa  heç bir iş görmək olmaz.  Bir ölkədə boşluq yaranarsa  heç bir müsbət addım atmaq olmaz.”  
 
Düşmənlər bizim ölkə üçün də belə  planlar cızmışdı,lakin sevindirici haldır ki, xalqın  vaxtında meydana çıxması ilə onların planı pozuldu.
Teqlər: iqna ، iran ، iraq ، livan ، İmam Xamenei
Ad:
E-poçt:
* Comment: