IQNA

22:52 - November 02, 2019
Xəbər sayı: 3486076
BƏƏ-nin Şarcə şəhərinin 38-ci beynəlxalq kitab sərgisində Qurani-Kərimin ən qədim əlyazma nüsxələrindən bir səhifə sərgiyə çıxaralıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin Şarcə şəhərinin 38-ci beynəlxalq kitab sərgisində Qurani-Kərimin ən qədim əlyazma nüsxələrindən bir səhifə sərgiyə çıxaralıb.

Ümumi sərgiyə çıxarılmış bu nüsxənin 1300 il tarixi var və Kufi xətti ilə yazılmışdır.

Bu nüsxə Qurani-Kərimin Ənfal surəsinin 72-75-ci ayələrini və Tövbə surəsinin 1-9-cu ayələrini ehtiva edir.

Araşdırmalara görə bu nüsxə hicrətin ikinci əsrinin əvvəllərində (8-ci əsr) və Əməvilər zamanında kitabət edilib. Bu nüsxənin 714-740-cı illər arasında kitabət edildiyi ehtimal edilir.

Qeyd edək ki, BƏƏ-nin Şarcə şəhərinin 38-ci beynəlxalq kitab sərgisi Oktyabr ayının 30-da "bir kitab aç, çoxlu zehnlər işıqlansın" devizi ilə başlayıb və Noyabr ayının 8-dək  davam edəcək.

https://iqna.ir/fa/news/3853732

Ad:
E-poçt:
* Comment: