IQNA

ABŞ Suriyanın şərqində yeni iki hərbi baza yaradır

23:08 - November 04, 2019
Xəbər sayı: 3486086
Suriyadan getmək xəbərini "kiv"lərdə tirajlayan Amerika Suriyadan çıxmaq yerinə bu ölkənin şərqində yerləşən Deyruzzur vilayətində neft quyularının başında yeni iki hərbi baza yaradır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suriyadan getmək xəbərini "kiv"lərdə tirajlayan Amerika həmişəki kimi dediyinin əksinə əməl etdi.

Suriyadan çıxmağa hazırlaşan Amerika bu ölkənin şərqində yerləşən Deyruzzur vilayətində yeni iki hərbi baza yaradır.

Türkiyə Suriyanın şərqində hərbi əməliyyatlara başladıqdan sonra Amerika Deyruzzur vilayətində hərbi qüvvələrini çoxaldır. Buna görə də yeni iki hərbi baza tikir. Bu bazaların biri Deyruzzurun şimalında yerləşən Sur qəsəbəsində və digəri 113-cü briqadanın yerləşdiyi qərargahda.  

ABŞ öz hərbi gücünü əl-Ümr, Kunku, Cəfrə və Nətək neft və qaz quyularının ətrafında toplamışdır və buraya daha çox hərbi qüvvə gətirməyə başlayıb.  

https://iqna.ir/fa/news/3854817

Teqlər: suriya ، abş ، neft ، türkiyə ، iqna
captcha