IQNA

22:51 - November 05, 2019
Xəbər sayı: 3486092
İran İslam Respublikası Uqandanın Arua şəhərinin mərkəzi məscidinin kitabxanasına Qurani-Kərimin İngilis dilinə tərcümə edilmiş nüsxəsini hədiyyə etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası Uqandanın Arua şəhərinin mərkəzi məscidinin kitabxanasına Qurani-Kərimin İngilis dilinə tərcümə edilmiş nüsxəsini hədiyyə etdi.

İran İslam Respublikasının Uqandadakı Mədəniyyət Əlaqələri İdarəsi 20 cild Quran nüsxəsinin və digər dini kitabları Həzrət Peyğəmbərin (s) qarşıdan gələn mövludu münasibəti ilə məscidə hədiyyə edib.

Arua şəhərinə səfər edən Mədəniyyət Əlaqələri İdarəsinin rəhbəri Məhəmmədrza Qızılsəfili bu səfər çərçivəsində Arua şəhərinin Cümə xətibi, mərkəzi məscidini cümə imamı və şəriət qazisi Şeyx Abdullah Cümə Vuni ilə görüşüb.  

İki ölkə arasında dini və mədəni əlaqələrin genişləndirilməsi barədə söhbət edən Qızılsəfili məscidə 20 cild Quran, Quranın İngilis dilinə tərcüməsi və 60 cild müxtəlif dini kitablar hədiyyə edib.

Arua şəhərinin Cümə xətibi, mərkəzi məscidini cümə imamı və şəriət qazisi Şeyx Abdullah Cümə Vuni ilə görüş zamanı iki ölkə arasında mədəniyyət əlaqələrinin genişləndirilməsi və vəhdət həftəsinin İslam ümməti üçün böyük bir isr hesab edib və "vəhdət həftəsi"nin İmam Xomeyni (r.ə) tərəfindən təsis edilməsini tərifləyib.

https://iqna.ir/fa/news/3855033

Teqlər: iqna ، uqanda ، arua ، quran ، mədəni əlaqələr
Ad:
E-poçt:
* Comment: