IQNA

10:25 - November 06, 2019
Xəbər sayı: 3486095
İran İslam Respublikası və Vatikan kilsəsi arasında "müsəlmanlar və xristianların insanlığa birgə xidməti" adlı dialoq keçiriləcək. Bu görüş Noyabr ayının 11-də Tehranda baş tutacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası və Vatikan kilsəsi arasında "müsəlmanlar və xristianların insanlığa birgə xidməti" adlı dialoq keçiriləcək.

Bu dialoq İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının Dinlərarası Dialoq Mərkəzinin təşəbbüsü və Vatikan Dinlərarası Dialoq Mərkəzinin Papa Şurasının həmkarlığı ilə keçirilən bu görüş Noyabr ayının 11 və 12-də baş tutacaq.

Sayca 11-ci olan bu dialoqun açılış mərasimində İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman, Vatikan Dinlərarası Dialoq Mərkəzinin Papa Şurasının rəisi kardinal Miguel Angel Ayuso Guixot, Mədəniyyətlər və Dinlərarası Dialoq Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Məhəmmədmehdi Təsxiri və Ali Dini Elmi Hövzənin ustadı Ayətullah Əbulqasim Əlidust iştirak edəcəklər.  

Dialoq "şəxsin hüquqları və məsuliyyəti", "ailə və cavanların təlimi", "müsəlmanlar və xristianların insanlığa birgə xidməti" və "müsəlmanlar və xristitanlar baxımından beynəlxalq cəmiyyətə xidmət" adlı dörd paneli ehtiva edəcək.

Bu iki günlük toplantıda müsəlman və xristian alimlər "fərdi hüquqların yayılmasə və fərdlərin cəmiyyətdə məsuliyyəti xristianlıq baxımından", "hüquq və ədalətin sərhədləri", "ailə və cavanların maarifləndirilməsi", "tolerant dünyada həyat tərzi", "beynəlxalq cəmiyyətə xidmət etmək İslami baxışda", "müsəlman və xristianların əlaqələrində maraqlar və dəyərlər" və sair mövzuda məqalələrini təqdim edəcəklər.

Qeyd edək ki, bu dialoq 1994-cü ildən başlayıb və hər iki ildə bir dəfə Tehran və Rum arasında növbə ilə keçirilir.

https://iqna.ir/fa/news/3855018

Ad:
E-poçt:
* Comment: