IQNA

0:20 - November 08, 2019
Xəbər sayı: 3486104
Keçən həftənin Şənbə və Bazar günləri İngitlərənin London və Yurkşayer şəhərlərində Qurani-Kərimin qiraəti və hifzi üzrə yarışların ilkin mərhələsi keçirilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin Şənbə və Bazar günləri İngitlərənin London və Yurkşayer şəhərlərində Qurani-Kərimin qiraəti və hifzi üzrə yarışların ilkin mərhələsi keçirilib.

Sayca üçüncü olan bu yarışlarda iştirak edən qari və hafizlər Dekabr ayının 14 və 15-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Qurani-Kərimin 5, 15 və 30 cüzünün hifzi üzrə yarışlarda xanımlar da iştirak ediblər.

Yarışların qalibləri nağd pul və Həcc səfəri ilə mükafatlandırılacaqlar. Habelə qaliblər beynəlxalq yarışlarda İngiltərəni təmsil edəcəklər.

Qeyd edək ki, Brtitaniyanın Quran Hafizləri Birliyi üç ildir bu yarışları təşkil edir. Bu yarışlarda təkcə İngiltərə vətəndaşları iştirak edə bilərlər.

https://iqna.ir/fa/news/3855339

Ad:
E-poçt:
* Comment: