IQNA

0:50 - November 08, 2019
Xəbər sayı: 3486106
Rusiya federasiyasının Dağıstan cümhuriyyətində "21-ci əsr məsələləri çərçivəsində müsəlman alimlərin elmi irsi" adlı beynəlxalq konfrans keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiya federasiyasının Dağıstan cümhuriyyətində "21-ci əsr məsələləri çərçivəsində müsəlman alimlərin elmi irsi" adlı beynəlxalq konfrans keçiriləcək.

Beynəlxalq konfrans gələn həftənin birinci günü, Noyabr ayının 11-də Dağıstanın Mahaçqala şəhərində keçiriləcək.

Konfrans Dağıstanın Huminat Elmlər Müəssisəsinin təşəbbüsü, Dağıstan Müftilər İdarəsinin dəstəyi və Sankt-Peterburq şəhərinin dövlət universitetinin həmkarlığı ilə keçirilir.  

Konfransda Rusiya cəmiyyətində 21-ci əsrdə İslami elmlərin və ilahiyyatın inkişafı və cəmiyyətdə təsiri və hazırkı vəziyyəti araşdırılacaq, müsəlmanların elmi irsinin dinlərarası dialoqda rolu və habelə İslami elmlərdə yazılmış əsərlərin qorunması məsələləri müzakirə ediləcək.  

https://iqna.ir/fa/news/3855299

Ad:
E-poçt:
* Comment: