IQNA

8:03 - November 10, 2019
Xəbər sayı: 3486112
Qazaxıstanın SSR-dən ayrılıb müstəqil olduğu vaxtdan indiyədək bu ölkədə məscid tikintisi inkişafla davam etdirilir. Xüsusi ilə də son 10 ildə məscidlərin sayı gözçarapcaq dərəcədə çoxalıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qazaxıstan respublikası Orta Asiyada yerləşir. Bu ölkənin paytaxtı cənub şəhərlərindən olan Almata idi ki,  1998-ci ildə şimalda yerləşən Nursultana köçürüldü. Qazaxıstanın 16 milyondan çox cəmiyyəti var. Ölkə əhalisinin çoxunu müsəlman Qazaxlar təşkil edir.

Qazaxıstanın SSR-dən ayrılıb müstəqil olduğu vaxtdan indiyədək bu ölkədə məscid tikintisi inkişafla davam etdirilir. Xüsusi ilə də son 10 ildə məscidlərin sayı gözçarapcaq dərəcədə çoxalıb. Hazırda bu ölkədə 5 mindən çox məscid və dini müəssisə var, SSR zamanı isə təkcə 63 məscid olub.

Qazaxıstanda tikilən məscidlərin hər birinin özünəməxsus tariçxəsi vardır. Bu məscidlərdən dördünün barəsində İran İslam Respublikasının Qazaxıstanıdakı Mədəniyyət Əlaqələri İdarəsinin İQNA-ya göndəriyi məlumatı paylaşırıq.

 

XƏLVƏT məscidi

Miladın 16-cı əsrində tikilmiş bu məscid Türküstan adlanan şəhərdə yerləşir. Məscid Qazaxıstanlı sufi şair Xacə Əhməd Yəsəvinin adı ilə bağlıdır. O, məscidin zirzəmisinə girmiş və uzun illər orada qalaraq "Hikmət divanı" adlı əxlaqi və irfani şerlər əsərini yaratmışdır.

 

Abdullah İŞAN məscidi

Bu məscid Jambil vilayətinin Uşaral kəndində yerləşir. 17-ci əsrdə tikilib. Bişmiş kərpicdən tikilən bu məscidin divarının hündürlüyü 3.5 metrdir.

 

Əbdülqadir məscidi və mədrəsəsi

Bu məscid Jambil vilayətinin Taraz kəndində yerləşir. 30-cu illərin ortalarında dağılmış bu məscidin təkcə minarəsi qalıb. 20-ci əsrdə tikilmiş bu məscid Qazaxıstanın tarixi abidələrindən biri hesab edilir.   

 

Tinyabay məscidi

Bu məscid 1830-1840-cı illərdə Semey şəhərində məşhur tacir Tinyabay Kakinov tərəfindən tikilmişdir.  1858-ci ildə bu məkanda 145 kişi və 137 qadın ibadət edirdi. Taxtadan tikilmiş bu məscid 2008-ci ildə Qazaxıstanın qorunan mədəniyyət abidləri siyahısına daxil edilib.

https://iqna.ir/fa/news/3855496

Teqlər: qazaxıstan ، ssr ، məscid ، mədrəsə ، iqna
Ad:
E-poçt:
* Comment: