IQNA

21:13 - November 10, 2019
Xəbər sayı: 3486116
Fələstinin Qəzza zolağında yaşayan 56 yaşlı xanım Meyma Fərəcullah Qurani-Kərimi altı aydan az bir müddətdə iki dəfə kitabət etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Qəzza zolağında yaşayan 56 yaşlı xanım Meyma Fərəcullah Qurani-Kərimi altı aydan az bir müddətdə iki dəfə kitabət etdi.

Xanım Meyma Fərəcullah hər həftə bir Quran xətm edir. Habelə mübarək Ramazan ayında Qurani-Kərimi 15 dəfə oxuyaraq tamamlayır.

Onun doqquz övladı (yeddi oğlan və iki qız) Quranın hifzi təlimlərinə qoşulublar. Onlar Quran hafizləri olmaq istəyirlər. Onlardan üçü bütün Quranı və biri Quranın 15 cüzünü əzbər bilir. Digər uşaqlar da Qurani-Kərimin müxtəlif cüzlərini hifz ediblər.

Cari ildə Quranı kitabət etməyə başlayn xanım Meyma hər gün 10 saat işləməklə Quranı altı aydan az bir müddətdə iki dəfə kitabət edib. Hər iki ay yarımda bir dəfə bir nüsxə əlyazma Quran hazırlayıb.     

https://iqna.ir/fa/news/3856042

Teqlər: Quran ، kitabət ، əlyazma ، iqna ، fələstin
Ad:
E-poçt:
* Comment: