IQNA

23:21 - November 16, 2019
Xəbər sayı: 3486155
İclas iştirakçıları bəyaniyyə yayaraq dini tolerantlığın inkişaf etdirilməsini, radikalizm və terrorizmlə mübarizəni və bu yöndə beynəlxalq tədbirlərin görülməsini zəruri hesab ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan respublikasının paytaxı Bakıda dünyanın 70 ölkəsinin din və məzhəb rəhbərlərinin iştirakı ilə konfrans keçirilib.

Noyabr ayının 14 və 15-də müxtəlif ölkələrin 500-dən çox ruhani, dini rəhbərləri, ictiami xadimləri, din alimləri, elm və mədəniyyət adamlarının iştirakı ilə keçirilən iki günlük toplantıda dini radikalizm, təkfirçilik, terrorizm və tolerantlıq məsələləri müzakirə edilib.

 İclasda dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, müxtəlif dinlərin davamçıların qarşılıqlı etimadının yaranması, terrorizm əleyhinə vahid mövqe, yadellilərin işğalçılığına qarşı müqavimət sərgilənməsi, uşaqların və xanımların hüquqlarının qorunması və cavan nəslin maarifləndirilməsi üzərində təkid edilib.

İclas iştirakçıları bəyaniyyə yayaraq dini tolerantlığın inkişaf etdirilməsini, radikalizm və terrorizmlə mübarizəni və bu yöndə beynəlxalq tədbirlərin görülməsini zəruri hesab ediblər.

Bəyaniyyədə vurğulanır ki, hansısa bir din əleyhinə törədilən terror cinayətləri həqiqətdə bütün dinləri hədəfə almışdır. Buna görə də beynəlxalq cəmiyyətlərdən terrorçuların dini dəyərlərdən sui-istifadə edilməsinin qarşısını almalı və dini və irqi zorakılıq düşüncələrinin yayılmasına mane olmalıdırlar. Bundan əlavə beynəlxalq cəmiyyətlər miqrantların və qaçqınların problemlərinin həlli üçün həmkarlıq etməlidirlər.

 https://iqna.ir/fa/news/3857479

Teqlər: tolerantlıq ، radikalizm ، iqna
Ad:
E-poçt:
* Comment: