IQNA

"Hətta Fələstinli bir körpə belə Netanyahunun təhdidlərindən qorxmur"

11:01 - November 18, 2019
Xəbər sayı: 3486163
HƏMAS təşkilatının siyasi üvzü Hisam Bədran mətbuata açıqlamasında deyib: Sionist rejimi təsis edildiyi gündən indiyədək görünməmiş bir tərzdə aşüftəlik, pərişanlıq və qarışıqlıq mərhələsindədir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, HƏMAS təşkilatının siyasi bürosunun üvzü Hisam Bədran mətbuata açıqlamasında deyib: Sionist rejimi təsis edildiyi gündən indiyədək görünməmiş bir tərzdə aşüftəlik, pərişanlıq və qarışıqlıq mərhələsindədir.  

O əlavə edib: Sionist partiyalar yeni kabinetin yaradılmasında uğursuzluğa düçar olublar. Bu məsələ sionist rejiminin siyasi və iqtisadi sahələrdə iflic olmasına gətirib çıxarıb.

HƏMAS təşkilatının siyasi bürosunun üvzü Hisam Bədran vurğulayıb: Bu, Fələstin İslami Müqavimət Hərəkatı və xalq müqavimətinin son illərdə qazandığı nailiyyətlərin nəticəsidir.

Hisam Bədram bildirib: Heç kəs Netanyahunun Fələstin müqaviməti əleyhinə dediyi təhdidamiz sözlərə aldanmır, bu təhdidlər hətta fələstinli bir uşağı belə qorxutmur. Müqavimət hərəkatı Fələstini müdafiə etmək üçün ən yüksək hazırlıq mərhələsindədir.

https://iqna.ir/fa/news/3857812

captcha