IQNA

Dubay Quran parkını 1 milyon nəfər ziyarət edib

23:43 - November 18, 2019
Xəbər sayı: 3486170
Quran bitkilərini sərgiləyən parkın açılış mərasimindən indiyədək buraya yeddi milyon nəfər baxış keçirib. Orta hesabla parkı hər gün ziyarət edənlərin sayı min nəfərdən çox olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin keçən 7 ayı ərzində BƏƏ-nin Dubay əmirliyinin Quran parkını 1 milyon nəfər ziyarət edib.

Bu barədə Dubayın şəhər bələdiyyəsi məlumat yayıb. Məlumatda deyilir ki, Quran bitkilərini sərgiləyən parkın açılış mərasimindən indiyədək buraya yeddi milyon nəfər baxış keçirib. Orta hesabla parkı hər gün ziyarət edənlərin sayı min nəfərdən çox olub.

Qeyd edək ki, Dubayın Quran parkı dünya turizm sahəsində uğur qazanmış yüzlükdə yer alıb. Bu park 64 hektar ərazidə salınıb. Parkda Quran bitkilərini ehtiva edən 12 bağ var. Bağda Quranda adı keçən 45 növ bitki barədə məlumat verilib. Bundan əlavə həmin bitkilər barədə olan hədislər və bitkilərin tibbi xüsusiyyətləri də tablolarda izah edilib.  

https://iqna.ir/fa/news/3857890

 

captcha