IQNA

21:45 - November 19, 2019
Xəbər sayı: 3486172
"Vəhabizm təfəkkürü Qərbdə İslamofobiyanın yaranmasının əsas amilidir" - bu sözləri İQNA ilə müsahibəsində Livanın tanınmış əhli-sünnə alimi və Livan Müsəlman Alimlər Birliyinin üzvü Şeyx Süheyb deyib.

"Vəhabizm təfəkkürü Qərbdə İslamofobiyanın yaranmasının əsas amilidir" - bu sözləri İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində Livanın tanınmış əhli-sünnə alimi, "əl-Ülfət" məzhəblərin yaxınlaşdırılması təşkilatının rəisi və Livan Müsəlman Alimlər Birliyinin üzvü Şeyx Süheyb deyib.

O, hiyləgər qoca imperialist İngiltərə tərəfindən azğın vəhabilik firqəsinin yaradılması məsələsinə işarə edərək vurğulayıb: Bəzi qərb ölkələri azğın vəhabi firqəsini dəstəkləyirlər. Onların bu dəstəyi sayəsində bu azğın firqənin ideologiyası qərb ölkələrində İslam adına yayılıb. Bu da qərb ölkələrində İslamofobiyanın yaranması və yayılmasına səbəb olub.

عالم اهل سنت لبنانی در گفت‌وگو با ایکنا:وحدت اسلامی بزرگترین سلاح مسلمانان است/ جریان‌های افراطی از زمان معاویه آغاز شد 

O əlavə edib: İslamofobiya fenomeni bu müqəddəs dinin çöhrəsini dünyada ləkələmək üçün yaradılmış xəbis bir addımdır. Vəhabilərə bunun üçün külli miqdarda pul xərclənir ki, öz azğın fikirlərini İslam adına dünyada yaysınlar.

Livan Müsəlman Alimlər Birliyinin üzvü Şeyx Süheyb deyib: İslam dininin dünyəvi maraqlar və şəxsi hədəflər üçün təhrif edilməsi Əməvilər hakimiyyəti dövründən başlayıb, İbn Teymiyyə və vəhabilərədək davam edib. Hazırda da Ali-Səud rejimi İslam adından öz mənafeləri üçün sui-istifadə edirlər. Təəssüflər olsun ki, vəhabilik əqidəsi yayılır və bu əqidə ilə mübarizə üçün ciddi addım atılmayıb.

وحدت اسلامی بزرگترین سلاح مسلمانان است/ جریان‌های افراطی از زمان معاویه آغاز شد 

Müsahibəsində təkfirçiliyin köklərinin Müaviyə hakimiyyətindən başladığı, Əhli-Beyt (ə) düşmənləri tərəfindən yayıldığı, həmçinin Amerikanın Livan aksiyalarında müdaxiləsi, Livanın bəzi dini mərkəzlərində təhrif edilmiş İslamın öyrədilməsi kimi məsələlərə toxunan Livanlı alim vurğuladı: Ümmətin vəhdəti müsəlmanların ən böyük silahıdır. Amma bu gün müsəlmanlar vəhdətin elm və əməldə əldə edilməsində və həyata keçirilməsində problem yaşayırlar. Deməliyəm ki, vəhdətin mənası şiələrin sünni və ya sünnilərin şiə olması deyil. Vəhdət İslam ümmətinin böyük məsələlərdə Quran üslubuna (Ali-İmran, 103) söykənərək müsəlmanların düşmənlərinə qarşı birləşməsidir.            

https://iqna.ir/fa/news/3857856

Teqlər: livan ، iqna ، vəhdət ، əhli-sünnə ، vəhabilik
Ad:
E-poçt:
* Comment: