IQNA

əl-Əzhər: Quran ayələrinə əsasən Hicab vacib əmrdir

23:16 - November 22, 2019
Xəbər sayı: 3486191
Misrin əl-Əzhər İslam Mərkəzinin beynəlxalq Fətva şöbəsi Qurani-Kərimin Nur surəsinin 31-ci ayəsinə istinadla hicabın müsəlman xanım üçün vacib bir əmr olduğunu vurğulayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Mərkəzinin beynəlxalq Fətva şöbəsi Qurani-Kərimin Nur surəsinin 31-ci ayəsinə istinadla hicabın müsəlman xanım üçün vacib bir əmr olduğunu vurğulayıb.

Misrin əl-Əzhər İslam Mərkəzinin beynəlxalq Fətva şöbəsi elaniyyəsində deyilir: Hicab müsəlman xanım üçün Quran və İlahi vəhy ilə vacib edilib. Bu məsələdə ictihad edilə bilməz. Heç bir şəxsin Qurani-Kərimin sabit və qəti hökmlərinə gəlmək haqqı yoxdur.

Elaniyyədə bəzi şəxslər tərəfindən hicabın vacib olmaması barədə iddilarına toxunaraq deyilir: Avam və qeyri-mütəxəssis insanlar fiqhi hökmlərə qarışmamalıdır.  

Misrin əl-Əzhər İslam Mərkəzinin beynəlxalq Fətva şöbəsi elaniyyənin davamında dəlil olaraq Nur surəsinin 31 və Əhzab surəsinin 59-cu ayələrini hicabın vacib olmasına dəlil olaraq göstərib.

Fətva Mərkəzinin elaniyyəsində deyilir: İslam şəritəinə görə qadınlar üz və əllərini aşakara çıxara bilməzlər. Qadın bədənin digər yerlərini örtəməlidir. Çünki İslam dini onun sıradan bir cism kimi və şəhvət üçün istifadə edilməsini istəmir. İnsaflı danışsaq, deməliyik ki, hicab qadının xeyrinədir və insanın yaradılış fitrətinə uyğundur.  

https://iqna.ir/fa/news/3858687/

Teqlər: iqna ، nur 31 ، əhzab 29 ، əhzab 59 ، misr ، hicab
captcha