İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın prezidenti İmran Xanın rəhbərlik etdiyi hakim "Təhrik İnsaf" partiyası Norveçdə radikal sağçıların "Norveçdə İslamlaşmanı dayandırın" adlı yürüşüdə Qurani-Kərim nüsxəsini cırması məsələsini Avropa Birliyi Parlamentində və İslami Həmkarlıq Təşkilatında (İƏTP müzakirəyə çıxaracaq.
Bu barədə Pakistanın prezidenti İmran Xanın rəhbərlik etdiyi hakim "Təhrik İnsaf" partiyasının dünən, həftənin bazar günü, 24 Noyabr 2019-cu il keçirdiyi iclasda qərar qəbul edilib.
Pakistanın hakim partiyasının informasiya şöbəsi bu barədə məlumat yayaraq elan edib ki, Pakistan dövləti bu cinayəti məhkum edir və İslamofobiyanı dünya sülhü üçün təhlükəli sayır. Bu hadisə milyonlarla müsəlmanın qəlbini yaralayır. Buna görə də Pakistan dövləti Avropa Birliyi və İƏT-də İslamofobiyanı məhkum qətnamənin verilməsini tələb edəcək.