IQNA

Mediada Çinin uyğurlara qarşı etdiyi repressiyalarla bağlı təfərrüatlar yer alıb

22:01 - November 26, 2019
Xəbər sayı: 3486210
Etnik azlıqların bir milyondan çox üzvü Çindəki əsir düşərgələrində yaşayır. Məhkumlar “yenidən təhsil” ideoloji və davranış mərkəzlərinə göndərilir və düşüncə tərzlərini dəyişdirilir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Etnik azlıqların bir milyondan çox üzvü Çindəki əsir düşərgələrində yaşayır. Məhkumlar “yenidən təhsil” ideoloji və davranış mərkəzlərinə göndərilir və düşüncə tərzlərini dəyişdirilir. 
ABC News xatırladıb ki, Çin hökuməti insanların həmin mərkəzlərdə könüllü olduqlarını bildirir. Lakin, medianın əlində olan sənədlər uyğurların və digər müsəlmanların hekayələrinin həqiqət olduğunu göstərir.
Çin hakimiyyəti, etnik azlıqların "cinayət etməzdən əvvəl, öz fikirlərini yenidən nəzərdən keçirmələrini və dil öyrənmələrini məcbur edən" strategiyanı tətbiq edir.
Pekin tərəfindən təqdim olunan sosial nəzarət forması kütləvi nəzarət texnologiyası vasitəsilə toplanan məlumatlardan istifadə edir. Süni intellekt dindirilməli və ya saxlanılmalı olan on minlərlə insanın adlarını cəmi bir həftə ərzində təqdim edib.
Mütəxəssislər bu cür hesablamaların "mədəni soyqırım forması" adlandırıla biləcəyini vurğulayıb.
Bundan əlavə, sənədlər guya Çin hökumətində "plan" olduğunu təsdiqləyir. Məsələn, regional Ədliyyə Nazirliyinin 2017-ci il üçün hesabatında "beyini yumaq, qəlbləri təmizləmək, düzü dəstəkləmək, səhvləri aradan qaldırmaq" lazım olduğu bildirilirdi.
Materialda, anasını görmək üçün Çinə səfər edən və polis tərəfindən saxlanılan etnik qazaxıstanlı Erjan Qurbanın hekayəsi də yer alıb. Bu adamı xaricdə cinayət törətməkdə günahlandıraraq, daha 10 məhbusun olduğu bir kameraya salıb, ibadət etməyi qadağan etmişdilər.
Məhkumları sərt plastik taburetlərdə oturmağa və öz aralarında danışmamağa məcbur etmişdilər. Məhbuslar 24 saat ərzində 2 mühafizəçi tərəfindən izlənilirdi. İtaət etməyənləri çömbələn vəziyyətdə oturmağa məcbur edir və ya bir gün tək soyuq kameraya köçürürdülər.
“Bu təhsil deyil, sadəcə cəza idi. <...> Mənimlə bir heyvan kimi rəftar edirdilər" – deyə, Qurban bildirib. /maide.az/
Teqlər: iqna ، çin ، uyğur ، sincan
captcha