IQNA

Rusiyada "Şəhid Mütəhhəri, nüfuzlu ziyalı" adlı kitab nəşr edildi

22:12 - November 26, 2019
Xəbər sayı: 3486211
İbn Sina Fondunun dəstəyi və Moskva Millətlər Dostluğu Universitetinin həmkarlığı ilə "Müasir və klassik İslam kitabları" silsiləsindən "Şəhid Mütəhhəri, nüfuzlu ziyalı" adlı kitab çap və nəşr edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Rusiyanın paytaxtı Moskva şəhərinin İbn Sina İslami Araşdırmalar Fondunun dəstəyi və Moskva Millətlər Dostluğu Universitetinin həmkarlığı ilə "Müasir və klassik İslam kitabları" silsiləsindən "Şəhid Mütəhhəri, nüfuzlu ziyalı" adlı kitab çap və nəşr edilib.

Bu kitabda Şəhid Mütəhhərinin müxtəlif əsərlərindən seçmə mövzular Prof. Meysəm əl-Cənabi tərəfindən toplanıb və Rus dilinə tərcümə olunub.

Kitabda "İslam və İran", "İslam dünya görüşü", "İslamda təlim və tərbiyə", "Elm və İman", "İslamda qadın hüquqları" kimi dəyərli mövzular yer alıb.  

https://iqna.ir/fa/news/3859642

captcha