İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan BMT (Birləşmiş Millətlər Təşkilatı) və beynəlxalq cəmiyyətlərdən İslamofobiya əleyhinə mübarizədə həmkarlıq üçün beynəlxalq gün təyin edilməsini istəyib.
O, İƏT-in (İslami Əməkdaşlıq Təşkilatı) iqtisadi və ticarət həmkarlıqları komitəsinin nazirlərinin 35-ci iclasında hər il Mart ayının 15-nin "İslamofobiya ilə beynəlxalq mübarizə günü" kimi qeyd edilməsi təklifi ilə çıxış edib.
Ərdoğan çıxışında deyib: İnsan haqları və demokrtiyadan dəm vuranlar müsəlman mühacirlər və miqrantlar hücuma məruz qalanda susurlar.
Qeyd edək ki, 2019-cu ilin Mart ayının 15-də Yeni Zelandiyada məscidə terror hücumu edilmiş və 51 nəfər müsəlman öldürülmüşdü.