IQNA

Türkiyədə beynəlxalq Quran və İslam araşdırmaları konfransı keçiriləcək

23:45 - November 30, 2019
Xəbər sayı: 3486230
Dekabr ayının sonlarında Türkiyənin İstambul şəhərində 13-cü beynəlxalq İslam və Quran araşdırmaları konfransı keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dekabr ayının sonlarında Türkiyənin İstambul şəhərində 13-cü beynəlxalq İslam və Quran araşdırmaları konfransı keçiriləcək.

Dekabr ayının 19 və 20-də keçiriləcək bu toplantıya dünyanın İslam elmləri sahəsində müxtəlif alim və mütəfəkkirləri qatılacaqlar.

Konfrans iştirakçıları öz elmi məqalələri ilə çıxış edəcək və bu mövzuda baş verən inkişaf, problemlər və nigarançılıqlar barədə danışacaqlar.

Konfransda Tövhid, humanitar elmlər və Quran, Quran və sağlamlıq, Quran və ekologiya, Quran və insan haqları, Quran və elm, Quran və fəlsəfə, ədalət və sülh Quranda, Quran və cəmiyyət və siyasət, peyğəmbərlər, dini azlıqlar, Quran və media, Quran və əxlaqi dəyərlər, Quran və tarix və Quran və sosialogiya kimi mövzular müzakirə ediləcək.

Konfransın elmi komitəsi Türkiyə, Malaziya, İran İslam Respublikası, Amerika, Avstraliya, İtaliya və Pakistanlı alimlər tərəfindən yaradılıb.  

https://iqna.ir/fa/news/3860462

captcha