IQNA

Qeyri-müsəlmanları öz rəftarınızla İslama cəzb edin

8:44 - December 01, 2019
Xəbər sayı: 3486232
Malaziyanın baş naziri Müsəlmanlarının Rifah Təşkilatının (PERKİM) 58-ci illik toplantısında deyib: Müsəlmanlar fərdi və ictimai davranışlarında müsbət xüsusiyyətləri gücləndirmək üçün çalışmalıdırlar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyanın baş naziri Mahatir Məhəmməd dünən, həftənin Şənbə günü, 30 Noyabr 2019-cu il, Malaziya Müsəlmanlarının Rifah Təşkilatının (PERKİM) 58-ci illik toplantısında deyib: Müsəlmanlar fərdi və ictimai davranışlarında müsbət xüsusiyyətləri gücləndirmək üçün çalışmalıdırlar.

O əlavə edib: Müsəlmanlar qeyri-müsəlmanları İslam dininə öz yaxşı və düzgün rəftarları ilə cəzb etməlidirlər.  

Malaziyanın baş naziri Mahatir Məhəmməd vurğulayıb: Dinin təbliği üçün mənfi xüsusiyyətlər və mənfi söz və rəftarlar qəbuledilməzdir. Digərlərinə qarşı sayqısız olmaq olmaz. Digər dindən və irqlərdən olanları təhqir etmək olmaz. Fikir ayrılıqlarına görə ixtilafı kənara qoymaq və həmrəy olmaq lazımdır.  

O əlavə edib: Malaziya Müsəlmanlarının Rifah Təşkilatının vəzifəsi xalis İslam maarifini yaymaq və İslam barədə sağlam və düzgün təsəvvür yaratmaqdır.

https://iqna.ir/fa/news/3860431

Teqlər: malaziya ، rifah ، iqna ، İslam
captcha