İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanada 2020-ci ilin gəlişi münasibəti ilə "İsa Məsih (ə) Qədr gecəsində" kitabı İslamika nəşriyyatı tərəfindən 351 səhifədə çap və nəşr edilib.
Bu kitabda Müsəlmanların Ali Dini Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının İran İslam Respublikasının xristian vətəndaşları və onların şəhid ailələri ilə görüşləri barədə xatirələr toplanıb.
İllərdir ki, Müsəlmanların Ali Dini Rəhbəri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları İranın erməni və aşuri tayfalarından olan şəhid ailələrini müxtəlif münasibətlərdə ziyarət edir. Bu kitabda O həzrətin şəhid ailələri ilə görüşləri barədə xatirələr və söhbətləri yer alıb.
İsa Məsih (ə) Qədr gecəsində" kitabı Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənablarının 1984-cü ildən 2015-ci ilədək xristian ailələri ilə görüş xatirələrini ehtiva edir.