IQNA

İngiltərənin baş naziri hicablı xanımlardan üzr istəyib

23:32 - December 06, 2019
Xəbər sayı: 3486267
İngiltərənin baş naziri Boris Canson bir qəzetə verdiyi açıqlamada hicab bağlayan müsəlman qadınları "bank oğruları" və "poçt qutu"larına oxşatmışdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin baş naziri Boris Canson dünən, həftənin Cüməaxşamı günü, 5 Dekabr 2019-cu il, ATV peyk kanalındakı proqramda bir neçə ay öncə rübənd və hicab bağlayan müsəlman qadınlar barədə işlətdiyi təhqiramiz ifadəyə görə müsəlmanlardan üzr istəyib.

Qeyd edək ki, İngiltərənin baş naziri Boris Canson bir qəzetə verdiyi açıqlamada hicab bağlayan müsəlman qadınları "bank oğruları" və "poçt qutu"larına oxşatmışdı.

ATV kanalına müsahibə verən Boris Canson aparıcının bu barədə sualına cavab olara deyib: Mən buna görə çox üzr istəyirəm, öncədən də üzr istəmişdim.   

https://iqna.ir/fa/news/3862004

Teqlər: boris canson ، atv ، hicab ، iqna
captcha