IQNA

13:16 - December 10, 2019
Xəbər sayı: 3486290
"Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat'" adlı yekun hesabatda qeyd edilib ki, bu günə qədər valideynlərini itirmiş 24 uşaq geri qaytarılıb.
Suriya və İraqda terror qruplaşmalarının tərkibində vuruşan Azərbaycan vətəndaşlarının uşaqları ilə bağlı  rəqəm açıqlanıb. 
Maide.Az xəbər verir ki, "Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat'" adlı yekun hesabatda qeyd edilib ki, bu günə qədər valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb.
Sənəddə bildirilib ki, ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq hazırda Suriya və İraqda saxlama mərkəzindədir: "Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var".
Ad:
E-poçt:
* Comment: