IQNA

London hərracında Quran Misrə qaytarıldı

21:56 - December 11, 2019
Xəbər sayı: 3486299
Sultan Qansu əl-Ğurinin (1446-1516) zamanına aid olan bu qədim və nadir əlyazma Quran nüsxəsini Vəhy kəlamının 16-cı cüzünü ehtiva edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Oktaybar ayında İngiltərənin London şəhərində keçirilən hərraca çıxarılmış qədim Quran nüsxəsinin ikinci hissəsi də Misrin milli kitabxansına geri qaytarılıb.

Bu barədə Misrin Mədəniyyət naziri İnas Əbdüdaim dünən, həftənin ikinci günü, 10 Dekabr 2019-cu il, məlumat verib.

Sultan Qansu əl-Ğurinin (1446-1516) zamanına aid olan bu qədim və nadir əlyazma Quran nüsxəsini Vəhy kəlamının 16-cı cüzünü ehtiva edir.

Misrin milli kitabxanasının rəisi Hişam Əzmi bu barədə deyib: Bu nüsxənin ölkəyə qaytarılması üçün 45 gün müzakirə aparıldı. Həmin nüsxənin birinci hissəsi Quranın dördüncü cüzini ehtiva edir. Bu nüsxələr məmluklar dövrünün nadir və qiymətli əlyazmalarındadır. Nüsxənin hər səhifəsində yeddi sətir var. Ayələrin fasiləsi qızıl ilə təyin edilib.  

Bu nüsxələr Abbasilər dövründə İbn Müqəllə Şirazi tərəfindən ixtira edilmiş “bədi” (nəsx) xətti ilə yazılmışdır.

Qeyd edək ki, Misrin milli kitabxanası son iki ildə Qurani-Kərimin üç nadir əlyazma nüsxəsinin hərracının dayandırmış və ölkəyə geri qaytarmışdır.  

Misrin milli kitabxanası Ərəb, Türk və Fars dillərində müxtəlif mövzuları ehtiva edən 60 min əlyazma nüsxəyə malikdir.

https://iqna.ir/fa/news/3863209

captcha