İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Almaniyanın Berlin şəhərinin mərkəzi Tempelhof kilsəsində İslam və Xristianlıq arasında beşinci dialoq keçirilib.
“İslam və Xristianlığın müştərək dəyərləri” adlı bu iclasda müsəlmanlar, xristianlar, Berlin İslami Mərkəzinin rəisi Höccətul-İslam vəl-müslimin Nəsir Niknəjad, İranın Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Həmid Məhəmmədi, kilsənin keşişləri və universitet tələbələri iştirak ediblər.
İclasda Quran və İncil ətrafında elmi söhbətlər edilib və suallar cavablandırılıb.