IQNA

10:30 - December 14, 2019
Xəbər sayı: 3486310
Əhli-Sünnə alimləri cəmiyyəti yaydığı bəyaniyyədə Ali-Xəlifənin bu addımının İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsi və “əsrin müqaviləsi” layihəsinin həyata keçirilməsi hədəfini daşıdığı vurğulanıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Əhli-Sünnə alimləri cəmiyyəti bəyaniyyə yayaraq sionist yəhudi xaxam Şlomo Moşe Amarın Bəhreynin "Məlik Həmd" beynəlxalq tolerantlıq mərkəzi təşkil etdiyi "Orta Şərqdə və Afrikanın şimalında dini azadlıq" toplantısına qatılmasını və Bəhreym kralının onu xoş qarşılamasını məhkum ediblər.

İraqın Əhli-Sünnə alimləri cəmiyyəti yaydığı bəyaniyyədə Ali-Xəlifə rejiminin bu addımının İsrail rejimi ilə əlaqələrin adiləşdirilməsi və “əsrin müqaviləsi” layihəsinin həyata keçirilməsi hədəfini daşıdığı vurğulanıb.

Bəyaniyyədə deyilir: “Əsrin Müqaviləsi” layihəsi İraq və regionun təhlükəsizliyi üçün birbaşa təhlükədir. Bu layihə Fələstin millətinin müstəqillik hüquqlarını müsadirə etmək istəyir.

Qeyd edək ki, bundan öncə Ali-Xəlifənin bu xəyanətini Livan Əhli-Sünnə alimləri, Bəhreynin 14 fevral koalisiyası, Bəhreynin Haqq Demokrtiya Hərəkatı və Livanın HİZBULLAH təşkilatı da məhkum edib.

Sionist xaxamın Ali-Xəlifə kralı ilə görüşü barədə bax: 3486288

https://iqna.ir/fa/news/3863719

Ad:
E-poçt:
* Comment: