IQNA

23:41 - December 15, 2019
Xəbər sayı: 3486316
İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin dövlət universitetinin Əllamə Əmini zalında İtaliyalı müsəlman şəhid Edoardo Angellinin xatirəsinə həsr edilmiş 19-cu anım toplantısı keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının paytaxtı Tehran şəhərinin dövlət universitetinin Əllamə Əmini zalında İtaliyalı müsəlman şəhid Edoardo Angellinin xatirəsinə həsr edilmiş 19-cu anım toplantısı keçiriləcək.

Gələn həftənin üçüncü günü yerli vaxtla 13:30-da keçiriləcək bu toplantı çərçivəsində müsəlmanlığı yeni qəbul etmişlər üçün ikinci “Hidayət olmuşlar” toplantısı da keçiriləcək.

Toplantıda Şəhid Edoardo Anilinin (Angelli) özünün hazırladığı sənədli film ilk dəfə ekran ediləcək.

Bu toplantıda Ayətullah Möhsin Əraki (TƏQRİB təşkilatının sabiq rəisi), Şəhid Anili İslan Birliyi, Ali Məqamlı Rəhbərin universitetlərdəki nümayəndəliyi, Müstəbsirlər Cəmiyyəti Portalı, mübəlliğlər və “hidayət olunmuş”lar iştirak edəcəklər.

Qeyd edək ki, bu toplantıda qarşıdakı adresdə keçiriləcək: Tehran, Keşavərz bulvarı, 16 Azər xiyabanı, Tehran universitetinin mərkəzi pərdisi, mərkəzi kitabxana, Əllamə Əmini (r.ə) zalı.    

https://iqna.ir/fa/news/3864189/

Ad:
E-poçt:
* Comment: