IQNA

20:37 - December 17, 2019
Xəbər sayı: 3486327
Pakistanın ali məhkəməsi bu gün (17 Dekabr 2019) bu ölkənin sabiq prezidenti və təqaüddə olan hərbiçisi Pərviş Müşərrəfi “böyük xəyanət” ittihamı ilə edama məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın ali məhkəməsi bu gün (17 Dekabr 2019) bu ölkənin sabiq prezidenti və təqaüddə olan hərbiçisi Pərviş Müşərrəfi “böyük xəyanət” ittihamı ilə edama məhkum edib.

Pakistan ali məhkəməsi Pərviş Müşərrəfin istintaq işinin sənədlərini üç ay araşdırdıqdan sonra barəsindəki ittihamı keçərli bilib və qanuna əsasən cinayətkar hesab edib.

Məhkəmə elan edib: Pərviz Müşərrəf 2007-ci ilin Noyabr ayının 3-də ölkə konstitusiyasını qüvvədən salaraq qanuna zidd əməl edib. Buna görə edama məhkum edilir.

Qeyd edək ki, Pərviz Müşərrəf 1999-cu ilin Oktyabr ayında Məhəmməd Nəvaz Şərifi vəzifədən uzaqlaşdırıb və özü prezident olaraq 9 il hakimiyyətdə qalıb.   

https://iqna.ir/fa/news/3864759

Ad:
E-poçt:
* Comment: