IQNA

17:58 - December 19, 2019
Xəbər sayı: 3486337
Dekabr ayında Almaniyanın Köln şəhərində ilk dəfə keçirilən İslami təhsil sərgisində Alman dilində fəaliyyət göstərən 50 İslami təhsil müəssisə, mərkəz və təşkilatı iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Dekabr ayında Almaniyanın Köln şəhərində ilk dəfə keçirilən İslami təhsil sərgisində Alman dilində fəaliyyət göstərən 50 İslami təhsil müəssisə, mərkəz və təşkilatı iştirak edib.

Kölndə keçirilən bir günlük sərginin təşkilçatçısı Almaniya Müsəlmanlarının Azad Birliyi olub.

Sərginin keçirilməsinin xərcləri birliyə üzvlərin maddi dəstəkləri və sərgi iştirakçılarının şəxsi vəsaitləri ilə ödənilib.

Sərginin keçirilməsinin hədəfi Almaniyada İslami təhsil sahəsində fəaliyyət göstərən universitet, institut, müəssisə, fond və təşkilatların tanıdılması və həmçinin müsəlman cavanların bu mərkəzlərlə tanış olmasıdır.

Müxtəlif tanıtım proqramlarının icra edildiyi sərgidə İslam ilahiyyatı və maarifi ilə maraqlanan 500 nəfər iştirak edib. Sərgidə iştirak edən qadınların sayı kişilərdən çox olub.  

Alman dilində fəaliyyət göstərən İslami təhsil müəssisələrinin ikinci sərgisi 2020-ci ilin Noyabr ayında keçiriləcək.

https://iqna.ir/fa/news/3865107

Ad:
E-poçt:
* Comment: