IQNA

23:25 - December 20, 2019
Xəbər sayı: 3486341
Kanadanın Kvebek şəhərində yaşayan müsəlmanların məzarlıq problemi həll edildi. 20 ildir müsəlmanlar üçün qəbiristanlıq salınması üçün çalışan müsəlmanların bu istəyi artıq reallaşmaq üzrədir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Kvebek şəhərində yaşayan müsəlmanların məzarlıq problemi həll edildi. 20 ildir müsəlmanlar üçün qəbiristanlıq salınması üçün çalışan müsəlmanların bu istəyi artıq reallaşmaq üzrədir.
Bələdiyyədə daha öncəki illərdə bununa bağlı keçirilən səsvermələrdə həmişə “yox” cavabı çıxıb. Lakin, bu günlərdə baş tutan səsvermədə nəhayət ki, qəbiristanlığı salınması üçün əs çoxluğu əldə edilib.
Şəhər bələdiyyəsinin rəhbəri Reqis Labeaume də səsini dəyişirək təklifin lehinə səs verib.
Tədbirdə İslam Mədəniyyət Mərkəzinin rəhbəri Bufeldca Benabdallah da iştirak edib və bölücülüyün sona çatdırıldığı üçün təşəkkür edib.
Qeyd edək ki, Kvebekdəki müsəlmanlar bu vaxta qədər cənazələrini 255 km uzaqlıqdakı Monreal şəhərindəki məzarlıqda dəfn edirdilər.
Kvebekdə müsəlman qəbiristanlığının 2020-ci ilin yaz aylarında hazır vəziyyətə gətiriləcəyi bildirilir. /maide/
Teqlər: İQNA ، kanada ، məscid ، kvebek
Ad:
E-poçt:
* Comment: