IQNA

“Şeyx Zəkzəki İslam dünyasının vəhdətini istəyir”

21:09 - December 24, 2019
Xəbər sayı: 3486355
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi Nigeriyada Zariya faciəsinin 4-cü ildönümü münasibətiylə keçirilən mətbuat konfransında deyib: “Şeyx Zəkzəki İslam dünyasının vəhdətini istəyir”

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının baş katibi höccətül-İslam vəl muslimin Reza Rəməzani Nigeriyada Zariya faciəsinin 4-cü ildönümü münasibətiylə mətbuat konfransı təşkil edərək, Şeyx İbrahim Zəkzəkinin İslam məzhəbləri arasında təfriqəyə qarşı olduğunu və ənənəvi dialoqun tərəfdarı olduğunu bildirib.

Şeyx Zəkzəkinin elmi məqamına da işarə edən höccətül-İslam vəl muslimin Reza Rəməzani, Şeyx Zəkzəkinin Nigeriya qanunlarına hörmət etdiyini və onun rəhbərliyi altında fəaliyyət göstərən qurumların yetimlərə və yoxsullara kömək etmək üçün çalışdıqlarını bildirib.

Reza Rəməzani Nigeriya rəhbərliyinə müraciət edərək, Şeyx Zəkzəkinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını istəyib.

Qeyd edək ki, Şeyx Zəkzəki və xanımı 13 dekabr 2015-ci il tarixində Nigeriya ordusu əsgərlərinin Zariya şəhərindəki Bəqiyətullah hüseyniyyəsinə hücumu zamanı həbs edilmişdi.

Bu hücumda Şeyx Zəkzəkinin üç oğlu ilə birlikdə yüzlərlə şiə müsəlman Nigeriya əsgərləri tərəfindən şəhid edilmişdi.

https://iqna.ir/fa/news/3866301

captcha