IQNA

22:16 - December 26, 2019
Xəbər sayı: 3486367
İran İslam Respublikası və Türkiyənin müştərək Quran sərgisi keçirilir. Sərgi bu gün (26 Dekabr 2019) başlayıb, bir həftə davam edəcəkdir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikası və Türkiyənin müştərək Quran sərgisi keçirilir. Sərgi bu gün (26 Dekabr 2019) başlayıb, bir həftə davam edəcəkdir.  

Sərginin açılış mərasimində İran İslam Respublikasının İslami Əlaqələr və Mədəniyyət Təşkilatının rəisi Əbuzər İbrahimi Türkəman və Türkiyənin Dini İşlər Təşkilatının rəisi Əli Ərbaş iştirak ediblər.

Sərgidə İslam alimlərinin Quran barədə qələmə aldıqları təfsir, Quran elmləri kitabları, Quran mövzusunda incəsənət əsərləri, hüsnxətt tabloları və əlyazma Quran nüsxələri nümayiş olunur.

Sərgidə nümayiş olunan əsərlərin arasında müasir şiə təfsirlərindən Ayətullah Cavadi Amulinin “Təsnim”, Əllamə Təbatəabinin “əl-Mizan”, Cəfər Sübhaninin “Mənşure Cavid” və İmam Xomeyninin (r.ə) əsərlərindən iqtibas edilmiş “Quran şüalar” kitabları da var.

https://iqna.ir/fa/news/3866786

افتتاح نمایشگاه قرآنی در ترکیه

افتتاح نمایشگاه قرآنی در ترکیه

افتتاح نمایشگاه قرآنی در ترکیه

Teqlər: İQNA ، Quran sərgisi ، Türkiyə ، İran
Ad:
E-poçt:
* Comment: