IQNA

0:35 - December 28, 2019
Xəbər sayı: 3486377
İsverçənin Zurix şəhərinin Rietberg muzeyi 2020-ci ilin payızında İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) “şəmail”i mövzusunda sərgi keçirəcəyi barədə məlumat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsverçənin Zurix şəhərinin Rietberg muzeyi 2020-ci ilin payızında İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) “şəmail”i mövzusunda sərgi keçirəcəyi barədə məlumat yayıb.

Məlumatda deyilir ki, bu sərgidə tarix boyunca İslam peyğəmbərinin (s) “şəmail”i barədə əldə edilən eksponantlar və incəsənət tabloları nümayiş olunacaq. 

İsverçənin Zurix şəhərinin Rietberg muzeyinin İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) “şəmail”i (zahiri görünüşünün və bədən quruluşunun təsviri və üz cizgilərinin çəkilməsi) mövzusunda sərgi keçirməsi qərarı Avropa müsəlmanları tərəfindən etirazla qarşılanıb.

Muzeyin məsulları bildiriblər ki, onlar müsəlmanların bu məsələni haram bildiklərindən məlumatlıdırlar, amma tarixi əsərləri nümayiş etdirəcək bu sərginin faydalı olacağını düşünürlər. Çünki hədəfləri İslamı və İslam peyğəmbərini (s) aşağılamaq deyil, əksinə onun tarixi böyüklüyü və əzəmətini və həmçinin dünyada milyonlarla insanda buraxdığı dərin mənəvi izi göstərməkdir.

https://iqna.ir/fa/news/3866853

Ad:
E-poçt:
* Comment: