IQNA

İraqda üç gün ümumi matəm elan edildi

23:54 - December 31, 2019
Xəbər sayı: 3486394
ABŞ hərbi qüvvələrinin İraqın xalq könüllülər qüvvələrinin  - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində 28 döyüşçü şəhid olub, 51 nəfər yaralanıb. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq hökuməti  ABŞ hərbi qüvvələrinin İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin  - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində şəhid olan döyüşçülərin xatirəsinə hörmət əlaməti olaraq 3 gün matəm elan olunub.

Bu barədə İraq baş naziri Adil Əbdül-Mehdi bu gün öz bəyanatında bildirib. 

Qeyd edək ki, ABŞ hərbi qüvvələrinin İraq ordusunun tərkibində olan xalq könüllülər qüvvələrinin  - "Həşd Şabi"nin 45 və 46-cı briqadasının mövqelərinə endirdiyi aviazərbələr nəticəsində 28 döyüşçü şəhid olub, 51 nəfər yaralanıb. 

Xatırladaq ki, bu gün həmdə  ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiyaya yüzlərlə iraqlı qatılıb. Aksiya iştirakçıları dekabrın 29-da ABŞ hərbi qüvvələrinin İraq ordusunun  mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etirazlarını bildirirlər. Aksiyaçılar səfirlik binasına daxil olmağa çalışıblar.

İraq xalqı ABŞ qüvvələrinin Həşd Şəbi xalq könüllülər qüvvələrinin mövqelərinə zərbələr endirməsinə etiraz məqsədilə bu ölkənin  Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Qəzəbli aksiyaçılar ABŞ səfirliyinin  təhlükəsizlik maneələrini və səfirliyin ətrafındakı super təhlükəsizlik bölgəni aşıb və səfirliyin içərisinə girməyə çalışıb.  
Aksiyaya yüzlərlə iraqlı qatılıb. Təhlükəsizlik qüvvələri və ABŞ-ın İraq ordusunu hücumundan qəzəblənən xalq arasında qarşıdurma baş verib. 
ABŞ-ın bu terror hərəkəti bir çox beynəlxalq şəxsiyyətlər tərəfindən qınanılıb.  ABŞ səfirlik əməkdaşlarını İraqdan çıxardıb.
 
آغاز مراسم تشییع شهدای حشدالشعبی در بغداد/ تشییع‌کنندگان به سفارت آمریکا رسیدند
آغاز مراسم تشییع شهدای حشدالشعبی در بغداد/ تشییع‌کنندگان به سفارت آمریکا رسیدند
آخرین اخبار از مراسم تشییع شهدای حشدالشعبی در بغداد/ آتش‌زدن سفارت آمریکا
آخرین اخبار از مراسم تشییع شهدای حشدالشعبی در بغداد/ آتش‌زدن سفارت آمریکا
 
captcha