IQNA

ABŞ-ın Bağdaddakı Səfirliyi konsulluq işini dayandırıb

23:41 - January 01, 2020
Xəbər sayı: 3486396
ABŞ-ın İraqdakı Səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın İraqdakı Səfirliyi diplomatik korpusun divarları yaxınlığında keçirilən etiraz aksiyaları səbəbindən dekabrın 31-dən konsulluq işini dayandırması və tədbirlərin ləğv edilməsi barədə bildirib.

"ABŞ səfirliyi kompleksə hücumlara görə bütün ictimai konsul əməliyyatlarını sonrakı bildirişə qədər dayandırıb. Bütün təyin edilmiş görüşlər ləğv olunur", - deyə səfirliyin çərşənbə günü yayılmış bəyanatında qeyd edilir.

ABŞ diplomatik missiyası Birləşmiş Ştatların vətəndaşlarına səfirlik ərazisinə yaxınlaşmamağı, regionda baş verən hadisələr barədə yerli və beynəlxalq KİV-də dərc edilən məlumatları izləməyi məsləhət görüb. Qeyd edilir ki, ABŞ vətəndaşları vizalar və başqa məsələlərlə bağlı Birləşmiş Ştatların Ərbildəkı Baş Konsulluğuna müraciət edə bilərlər.

https://iqna.ir/fa/news/3868354

captcha