IQNA

Uelsli cütlük həyatın mənasını İslamda tapdılar

10:42 - January 02, 2020
Xəbər sayı: 3486399
Xristian ailəsində dünyaya gəlmiş və 2017-ci ildə ailə qurmuş cültük Hanan Sanderkak (Sandercock) və Jon Smit (John Smith) İslam dini barədə araşdırdıqdan sonra həyatın mənasını bu dində tapıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin Uels əyalətində yaşayan cütlük İslam dinini qəbul ediblər.

Ailə başçısı 11 Sentyabr hadisəsindən sonra İslam dini barədə araşdırma aparmağa başlayıb və müsəlman olub.

Xristian ailəsində dünyaya gəlmiş və 2017-ci ildə ailə qurmuş cültük Hanan Sanderkak (Sandercock) və Jon Smit (John Smith) İslam dini barədə araşdırdıqdan sonra həyatın mənasını bu dində tapıblar.

Hazırda 51 yaşı olan evin xanımı Hanan 28 yaşında (1995) İslam dini qəbul edib. Hicablıdır. İslam dininə sadiq dörd övlad böyüdüb.

İslam dini qəbul etdikdən sonra bir çox yaxın dostlarını itirən Hanan deyir: 90-cı illərin əvvəlində iş tapmaq üçün Kardif şəhərinə getdim. O zaman 20 yaşım var idi. Dinlər barədə araşdırırdım. Həyatın mənasını bilmək istəyirdim. Bir müddət Buddistlərin məclislərinə getdim, amma dərdimə çarə tapmadım. Araşdırmam zamanı müsəlmanlarla ünsüyyətdə oldum. Axtardığımı tapmışdım. Müsəlmanlar üçün dinləri çox əhəmiyyətli idi. Onlar imanlarında möhkəm idilər və məni də xoş qarşıladılar.

Husband and wife Hanan Sandercock and John Smith at home in Pentwyn

Hanan 1994-cü ildə Fələstinin işğal edilmiş ərazilərinə səfər edir. Burada yaşayan müsəlmanların tarix və mədəniyyəti barədə araşdırır. Kardifə qayıtdığı zaman müsəlman olduğunu elan edir.

Hanan deyir: Müsəlman olduğumu elan etdiyim zaman ruhən yüngülləşdim. İslam mənə hər şeyi izah edə bilir.  

Sonralar İslam barədə araşdırma aparan 35 yaşlı Jon Smit Hanan ilə tanış olur. O, 11 Sentyabr hadisəsindən sonra İslam dini barədə araşdırma aparmağa başlamışdı. Jon Cənubi Uels (USW) universitetinin müsəlman bir tələbəsi ilə tanış olmuş və ondan “müsəlmanların törətdikləri terror” barədə soruşmuşdu. Müsəlman tələbənin cavabı Jona bir Quran nüsxəsi hədiyyə etmək olmuşdu. Quranı mütailə edən Jon sonralar müsəlman bir ruhaninin də çıxışlarını izləyir və müsəlman olur.       

https://iqna.ir/fa/news/3868196

captcha