IQNA

Yəmən Ənsarullah-ı Süleymaninin şəhadəti ilə bağlı başsağlığı verib

22:40 - January 03, 2020
Xəbər sayı: 3486406
Ənsarullah hərəkatı bəyanat yayaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhid edilmələrini pisləyibdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatı bəyanat yayaraq, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Süleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhid edilmələrini pisləyibdir.

Yəmənin Ənsarullah hərəkatı bir bəyanatda vurğulayıb ki, Amerika general-leytenant pasdar Süleymanini və Əbu Məhdi Əlmuhəndisi terror etməsinə görə son dərəcə peşman olacaq.

General-leytenant pasdar Qasem Süleymani bu gün səhər tezdən təcavüzkar və terrorçu amerikan qüvvələrin hava hücumunda İraqın Bağdad şəhərinin beynəlxalq hava limanının yaxınlığında şəhid edilibdir.

https://iqna.ir/fa/news/3868569

 

captcha